- Qərb
- 13:29
- 1 726
Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

Fransa Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı qətiyyətli irəliləyiş hesab edir.
Aznews.az xəbər verir ki, bu barədə Fransanın ölkəmizdəki səfirliyi bəyanat yayıb.
“Birləşmiş Ştatların öhdəliyi sayəsində əldə edilən nəticələr qətiyyətli irəliləyişdir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanması və ratifikasiyası bu prosesi tamamlayacaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupu strukturlarının ləğvinə başlamaq üçün birgə çağırışını dəstəkləyir”- bəyanatda qeyd olunub.