“Amerikalıların Türkiyəyə S-400 razılaşmasının ləğvi barədə israrını bilirik" “Amerikalıların Türkiyəyə S-400 razılaşmasının ləğvi barədə israrını bilirik"

Rusiyadan Türkiyəyə veriləcək S-400 açıqlaması

“Amerikalıların Türkiyəyə S-400 razılaşmasının ləğvi barədə israrını bilirik"

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüşün ardınca Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov jurnalistlərə açıqlama verib.

Image result for Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov

O, Rusiya ilə ABŞ-ın münasibətləri düzəltməyə və yenidən mərhələli şəkildə əlaqə kanalları yaratmağa başlamasının tərəfdarı olduğunu vurğulayıb.

Uşakov ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların da görüşdə müzakirə edildiyini deyib:

"Onlar həm Rusiyaya sanksiya tətbiq edirlər, həm də bizdən amerikalılar üçün faydalı olacaq bir şey istəyirlər. Bu isə mümkün deyil".

Uşakov Türkiyənin S-400 raket sistemi alması ilə bağlı da danışıb.

“Amerikalıların Türkiyəyə S-400 razılaşmasının ləğvi barədə israrını bilirik. Mənə görə bir neçə ay əvvəlki razılaşmanın həyata keçirilməsi sürətlə davam edir. Hələlik heç bir problem yoxdur”.

Pərvanə Ağazadə

AzNews.az

image description