Bu yardımlar 180 milyon dollarlıq vəsait hesabına maliyyələşəcək Bu yardımlar 180 milyon dollarlıq vəsait hesabına maliyyələşəcək

Qətər Qəzzada humanitar layihələr həyata keçirəcək

Bu yardımlar 180 milyon dollarlıq vəsait hesabına maliyyələşəcək

Qətər hökuməti Fələstindəki Qəzza zolağında səhra xəstəxanası inşa edəcək və yerli elektrik stansiyasını ilin sonunadək yanacaqla təchiz edəcək. Bu layihələrin məbləği 180 milyon ABŞ dollarıdır.

Ötən gün mətbuat konfransı zamanı Qətərin Fələstindəki səfiri Məhəmməd əl Əmadi yaxın altı ay ərzində Qəzza zolağında yaşayan yoxsul əhali üçün kiçik qrantlar şəklində maliyyə yardımları göstərəcəklərini bildirib.

Bu yardımlar ötən həftə Qətərdəki Qəzza Yenidənqurma Komitəsinin xətti ilə birbaşa Qəzza zolağı üçün ayrılan 180 milyon dollarlıq vəsait hesabına maliyyələşəcək. Diplomat sözügedən vəsaitin həmçinin yerli elektrik stansiyasının ilin sonunadək yanacaqla təchizatına və İsraildən Qəzza zolağına elektrik xəttinin tamamlanmasına və bölgənin şimalında səhra hospitalının tikintisinə sərf olunacağını diqqətə çatdırıb.

Qətərin ayırdığı maliyyə vəsaitinin İsraillə bölgədəki Həmas və “İslami Cihad” kimi terror qrupları ilə əldə edilmiş atəşkəs çərçivəsində Qəzza zolağına çatdırıldığı bildirilir. (report)

AzNews.az