Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb

Bu ölkədə balıq ovu qadağan edildi

Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb

Su faunasının biomüxtəlifliyinin qorunması və balıq ehtiyatlarının çoxalması məqsədilə Banqladeşdə balıq ovuna 65 günlük ümummilli qadağa qoyulub.

BBC-nin məlumatına görə, iki aylıq məhdudiyyətə əməl olunmasına ölkənin sahil mühafizə xidməti nəzarət edəcək.

Qadağanın qüvvədə olduğu müddət (20 may – 23 iyul) balıqların çoxalma mövsümünə təsadüf edir.

Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb. Onların paytaxt Dəkkə və digər şəhərlərdə kütləvi etiraz aksiyaları planlaşdırdığı bildirilir.(oxu.az)

AzNews.az