Lukaşenko Rusiyanı daha çox əzməyə çalışır və istəyir ki, rəsmi Moskva güzəştə getsin Lukaşenko Rusiyanı daha çox əzməyə çalışır və istəyir ki, rəsmi Moskva güzəştə getsin

Rusiya mediası Belarus liderini yıxıb sürüdü - "Lukaşenko Putinə kəmərdən aşağı zərbə vurur"

Lukaşenko Rusiyanı daha çox əzməyə çalışır və istəyir ki, rəsmi Moskva güzəştə getsin

Belarus prezidenti Aleksandr Lukaşenko va-banka gedir. Yəqin ki, o, Rusiya rəhbərliyindən enerji daşıyıcılarına növbəti endirimlər ala bilmədiyinə görə qisas almaq qərarına gəlib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Kremlə zərbə vurmaq üçün Aleksandr Lukaşenko Rusiya-Belarus münasibətlərinin ən ağrılı problemləri hesab edilən energetikadan istifadə edir. O, Rusiya neftindən imtina etmək niyyətində olduğunu söyləyib:

"Bizim qara qızılımızı Qazaxıstan əvəz etməyə hazırdır".

Lukaşenkonun sözlərinə görə, o, digər təchizatçılar axtarışına çıxıb.

Qazaxıstanın Belarusdakı səfiri Yermuhamed Yertısbayevlə görüşdən sonra görünür, Rusiya yanacağının əvəzi tapılıb.

Bu il Minsk emal zavodlarının modernləşdirilməsini başa çatdıracaq və dünya bazarlarından neft almaq daha asan olacaq.

"Bununla bağlı artıq danışıqlar aparırıq və istərdik ki, onlar Qazaxıstan neftinin Belarusa nəqli üçün fəallaşsınlar" – deyə Lukaşenko bildirib.

Belarus lideri qara qızıl tədarükünü diversifikasiya etmək üçün çoxdan təhdid edir. Amma bu dəfə hər şey elə görünür ki, guya Lukaşenko prinsipial olaraq Rusiya yanacağından imtina etmək qərarına gəlib. Moskva ilə Minsk arasındakı münasibətlərdəki çətinliklər isə onun qaydalarına uyğun oynamaq istəməyən Kremldən qisas almağa qərar verdiyini düşünməyə əsas verir.

Rusiya rəhbərliyi bəyan edir ki, Moskva qara qızılın ixracını stimullaşdırır və Minsk onu ümumdünya qiymətləri ilə satın almalıdır.

Lukaşenko aprel ayında Belarus neft emalı zavodlarına gedən Rusiyanın keyfiyyətsiz neftilə bağlı insidenti də unutmayıb. Moskva vəziyyəti düzəltmək üçün bütün tədbirləri görüb, amma Minsk zərərin məbləğini ciddi şəkildə bərpa etmək niyyətindədir.

Üçüncüsü, Rusiya Belarus vasitəsilə sanksiya məhsullarının qaçaqmalçılığına qarşı fəal mübarizə aparmağa başlayıb. Lukaşenko dəfələrlə isterik bəyanatlar səsləndirib.

Sadalanan amillər Belarus liderini ciddi qıcıqlandırır. Hiss olunur ki, inciklik mətbuat konfranslarında və digər ictimai tədbirlərdə üzə çıxaraq tədricən yığılır.

Lukaşenko Rusiyanı daha çox əzməyə çalışır və istəyir ki, rəsmi Moskva güzəştə getsin. Amma onun təhlükəli oyunu əks nəticəyə gətirib çıxara bilər: istisna deyil ki, Moskva bu cür "müttəfiq"in lüzumsuzluğuna, hətta təhlükəli olduğuna qəti əmin olacaq.

Babək Göyüş

AzNews.az