“Düşmən siyasəti”ndən əl çək" - Şimali Koreya ABŞ-a səsləndi

Bəyanat boş kağız parçası olmaq təhlükəsi altındadır

Şimali Koreya ABŞ-ı “düşmən siyasəti”ndən əl çəkməyə çağırıb.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Şimali Koreya mətbuatı yayıb:

“ABŞ-ın təkəbbürlü və birtərəfli siyasəti KXDR-də heç vaxt qəbul edilməyəcək”.

Xəbərdə deyilir ki, ötən il iyunun 12-də Tramp və Kim tərəfindən imzalanan və yeni münasibətlər üzərində işləməyə təkan verən dörd bəndli bəyanat boş kağız parçası olmaq təhlükəsi altındadır. ABŞ nədənsə buna göz yumur. Rəsmi Vaşinqton düşmən siyasətindən əl çəkməlidir.

Pərvanə Ağazadə

AzNews.az