Hərbiçilərin qeyri dəqiqliyi ölümlə nəticələndi

Əfqanıstandan gələn xəbərlərdə belə deyilir

Əfqanıstanın şimal-şərqindəki Qunduz əyalətində hərbi bazaya səhvən endirilən aviasiya zərbəsi nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı beş əməkdaşı həlak olub, yeddi nəfər isə yaralanıb.

İmam-Sahib qəzasında yerləşən hərbi bazaya hava zərbəsi yerli vaxtla saat 02:00-da endirilib. Bu, hökumət qüvvələrinin və onların müttəfiqlərinin əfqan hərbçiləri və dinc sakinlərin ölümü ilə nəticələnən ilk səhv zərbəsi deyil.

Əfqanıstan hakimiyyətinin rəsmi nümayəndəsi hərbi bazaya hücum edən təyyarələrin hökumət qüvvələrinə, yaxud ABŞ-ın başçılıq etdiyi koalisiyaya aid olması sualına cavab verməkdən imtina edib.(musavat.com)

AzNews.az