69 yaşlı qadın sürücü maşını uşaqlara çırpdı

Hadisə ilə əlaqədar təhqiqat davam edir

Yaponiyada sükan arxasında yaşlı qadının olduğu avtomobil bir qrup uşağı vurub.

Uşaqlardan ikisi xəstəxanaya yerləşdirilib.

Hadisə yerli vaxtla səhər saat 10 radələrində Hyoqo prefekturasının Nişinomiya şəhərində baş verib.

Yerli polisin bildirdiyinə görə, tərbiyəçinin idarə etdiyi avtomobil səkidə hərəkət edən uşaq dəstəsinə çırpılıb.

Beş və altı yaşlarında olan iki qız uşağı xəsətəxanaya yerləşdirlib.

Polis 69 yaşlı sürücü qadını saxlayıb.

Hadisə ilə əlaqədar təhqiqat davam edir.(AZƏRTAC)

AzNews.az