Hindistanda ensefalit xəstəliyindən 64 uşaq həyatını itirdi

Hazırda şəhərdə onlarla uşaq ensefalit xəstəliyindən müalicə alır

Hindistanın Bihar ştatında son iki həftə ərzində kəskin ensefalit xəstəliyindən tələf olan uşaqların sayı 64 nəfərə çatıb.

Ölümlə nəticələnən hallar Vayşali və Samastipur dairələrində müşahidə edilib. Ən çox ölüm halları isə Muzaffarpur şəhərində qeydə alınıb. Hazırda şəhərdə onlarla uşaq ensefalit xəstəliyindən müalicə alır, onların bəzilərinin vəziyyəti çox ağırdır.

Ekspertlər xəstəliyə daha çox 15 yaşına qədər uşaqların həssas olduğunu hesab edirlər. Kəskin ensefalit pasientdə qızdırmaya, oriyentasiyanın itməsinə və bəzi hallarda komatoz vəziyyətə səbəb olur. Xəstəlik yay mövsümündə Muzaffarpur rayonunda tez-tez baş qaldırır.(AZƏRTAC)

AzNews.az