Yeni Zelandiyada güclü zəlzələ - Sunami təhlükəsi var

Bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər yayıb

Yeni Zelandiya sahillərində şənbə günü 7,4 maqnituda gücündə zəlzələ olub.

Bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər yayıb.

Məlumata əsasən, episentr Fanqarei şəhərindən (red. - 50 min nəfərlik sakini var) 908 km şimal-şərqdə yerləşib. Zəlzələnin dərinliyi 10 km təşkil edib.

Xidmət həmçinin zəlzələ baş verən ərazidə sunami təhlükəsi barədə xəbərdarlıq edib.(oxu.az)

AzNews.az