Zərərçəkənlər barədə məlumat verilmir Zərərçəkənlər barədə məlumat verilmir

Yaponiyada 5,2 bal gücündə zəlzələ oldu

Zərərçəkənlər barədə məlumat verilmir

İyunun 17-də Yaponiyanın Hönşü adasının şimal-şərq sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 80 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.