"Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır" "Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır"

Pentaqon Yaxın Şərqə Patriot raket kompleksləri göndərir - İranla qalmaqal böyüyür

"Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır"

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə Patriot raket kompleksləri, pilotsuz təyyarələr və müşahidə təyyarələri göndərəcək.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, Pentaqonun bəyanatında CENTCOM-un təklifindən sonra Patriot raket alayını, pilotlu, pilotsuz müşahidə təyyarələrini və digər əngəlləyici vasitələri göndərəcəyi deyilir.

"Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır. Ancaq biz ABŞ-ın regiondakı güc və maraqlarını müdafiə etmək əzmindəyik və buna hazırıq", - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Pentaqon İranla baş verən gərginlik səbəbilə bölgəyə 1000 əsgərin də göndərilməsini planlaşdırıb.

Pərvanə Ağazadə

AzNews.az