Dəymiş ziyan barədə dəqiq məlumat iyulun 15-dək veriləcək Dəymiş ziyan barədə dəqiq məlumat iyulun 15-dək veriləcək

Partlayışlar Qazaxıstana 50 milyon dollardan artıq ziyan vurdu

Dəymiş ziyan barədə dəqiq məlumat iyulun 15-dək veriləcək

Qazaxıstanın cənubundakı Arıs şəhərindəki hərbi hissənin silah-sursat anbarında baş verən partlayışlar nəticəsində dəymiş ziyanın, ilkin məlumatlara görə, 52,5 milyon dollar olduğu təxmin edilir.

RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sədri Vladimir Bekker məlumat verib.

Onun sözlərinə görə, dəymiş ziyan barədə dəqiq məlumatı iyulun 15-dək verə biləcəklər. Eyni zamanda V.Bekker ziyanın arta biləcəyini qeyd edib.

Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısdakı hərbi-hissədə əvvəlcə yanğın, ardından isə silah-sursat anbarında partlayışlar meydana gəlib. İki hərbçi daxil olmaqla üç nəfər ölüb.(report.az)

AzNews.az