Oteldə görüşdüyü kişi 24 yaşlı qızın başına oyun açdı: anbaan - VİDEO

Onlar sosial mediada tanış olublar

Amerika Birləşmiş Ştatlarında 24 yaşlı gənc qızın parçalanmış cəsədi yol kənarındakı zibillikdən tapılıb.

AzNews.az xəbər verir ki, cəsədin 24 yaşlı Sidney Loofeyə aid olduğu məlum olub.

Polisin apardığı araşdırma zamanı məlum olub ki, Nebraska ştatında yaşayan Sidney sosial mediada 52 yaşlı Aubrey Trail adlı kişi ilə tanış olub. Onlar görüşməyə qərar veriblər. Lakin intim münasibət zamanı kişi 24 yaşlı qızı öldürüb. Daha sonra onun cəsədini 14 hissəyə bölərək zibilliyə atıb.

Qətldən əvvəl isə Sidneyin işgəncəyə məruz qaldığı da bildirilir. Belə ki, Aubrey qətli öz sevgilisinin yardımı ilə törədib. Sidneyin özündən yaşca çox böyük bu adamla görüşməsinə səbəb isə onun maddi sıxıntılarının olması olub. Onların məhkəmədə edam cəzası alacağı gözlənilir.

Geriyə Sidneydən görüşə getməzdən bir neçə dəqiqə əvvəl paylaşdığı foto qalıb. O, fotoya "görüşə hazıram" qeydini edib.

Aynur

AzNews.az

image description image description image description