Braziliyada yağışlar çay bəndini zədələdi - 300 nəfər təhlükə ilə üz-üzədir

Güclü yağışlara görə yaşayış məntəqələri arasında yol əlaqəsi kəsilib

Braziliyanın şimal-qərbindəki Baiya ştatında Riu-di-Peyşi çayı üzərindəki bənd son günlər bölgəyə yağan şiddətli yağışlar səbəbindən qismən zədələnib. Bölgədə təxminən 300 insan fəal boğulma təhlükəsi ilə üz-üzədir.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, bu barədə “Globo” telekanalı yerli administrasiyaya istinadla məlumat yayıb.

İnsidentlə əlaqədar olaraq Koronel-Juan-Sa şəhər meriyası 5 məktəbdə müvəqqəti sığınacaq məntəqələri yaradıb. Xilasedicilər və hərbi polis ərazidən əhalinin təxliyyəsini həyata keçirir. Güclü yağışlara görə yaşayış məntəqələri arasında yol əlaqəsi kəsilib ki, bu da xilasedicilərin işini çətinləşdirir.

“Bu, tamamilə qeyri-tipik vəziyyətdir. Buna bənzər hadisə ilə üzləşməmişik, buna görə də mümkün fəsadların miqyası barədə təsəvvürümüz belə yoxdur. Hər kəsdən xahiş olunur ki, kim təhlükə zonasında yaşayırsa, dərhal evlərini tərk etsin”, - bögə rəhbəri Karlus Sobral “Facebook” səhifəsində belə yazıb. (APA)