Qanun layihəsi parlamentin saytında dərc olunub Qanun layihəsi parlamentin saytında dərc olunub

Zelenskidən Poroşenko və onun komandasına zərbə

Qanun layihəsi parlamentin saytında dərc olunub

Ukrayna Prezidenti Vladimir Zelenski sələfi Petro Poroşenko və onun komanda üzvlərinin lüstrasiyasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.

“Rosbalt” agentliyinin verdiyi xəbərə görə, qanun layihəsi parlamentin saytında dərc olunub.

Qeyd edək ki, lüstrasiya hökumət rəsmilərinin rejim dəyişikliyindən sonrakı “təmizləmə” aktını və onların kütləvi şəkildə işdən çıxarılması deməkdir.

Məlumata görə, bu cür tədbirlər 23 fevral 2014-19 may 2019-cu il tarixlərində Poroşenkonun komandasında işləyən hər kəsə şamil olunacaq. Siyahıda prezident, Ali Radanın spikeri və bütün deputatları, Təhlükəsizlik Xidmətinin, Antimonopoliya Komitəsinin və Dövlət Əmlak Fondunun sədrləri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, gömrük və vergi xidmətlərinin rəhbərliyi var.

Xatırladaq ki, sonuncu dəfə kütləvi lüstrasiya Viktor Yanukoviç vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həyata keçirilib.(qafqazinfo.az)

AzNews.az