Qizab rayonunun Xələc kəndi bombalanıb Qizab rayonunun Xələc kəndi bombalanıb

Əfqanıstanda kənd bombalandı - 35 dinc sakin öldü

Qizab rayonunun Xələc kəndi bombalanıb

Əfqanıstanın Uruzqan əyalətinin mərkəzi Qizab rayonunu xarici qoşunların bombalaması nəticəsində 35-dən çox dinc sakin ölüb.

RİA “Novosti” xəbər verir ki, bunu yerli məclisin üzvü Qüdrətullah Rəhimi bildirib.

Onun sözlərinə görə, əyalətin Qizab rayonunun Xələc kəndi bombalanıb.

Bildirilib ki, ölənlər arasında “Taliban”ın yaşlı komandirlərindən biri Molla Nəsrulla da var. Məlumata görə, Qizab rayonuna, əsasən, “Taliban” nəzarət edir.(report.az)

AzNews.az