Misir iqtisadiyyatında sürətli artım qeydə alınıb

"Hökumət bu göstəricini 8,1 faizə çatdırmağa çalışır"

2018/2019-cu maliyyə ilində Misir iqtisadiyyatının artım sürəti 5,6 faizə çatıb ki, bu da son illərdə ölkənin nail olduğu ən yüksək göstərici, dünya üzrə isə ən yüksək göstəricilərdən biridir.

Bunu iyulun 17-də Misirin Maliyyə naziri Məhəmməd Moit Baş nazir Mustafa Madbulinin sədrliyi ilə hökumətin iclasında bildirib. Onun sözlərinə görə, Misir 2018/2019-cu maliyyə ilində qarşısına iqtisadiyyatın daha yüksək artım sürətinə (6 faizdən çox) nail olmaq vəzifəsi qoyub. Hesabat dövründə işsizliyin səviyyəsinin xeyli (8,9 faizə qədər) aşağı düşdüyünü xüsusi vurğulayan nazir qeyd edib ki, hökumət bu göstəricini 8,1 faizə çatdırmağa çalışır.(AZƏRTAC)

AzNews.az