Efirlərdən bu iki artistin iştirakı ilə bütün reklam çarxları çıxarılıb Efirlərdən bu iki artistin iştirakı ilə bütün reklam çarxları çıxarılıb

Gülnarə Kərimovaya sevgi göstərən sənətkarlar efirdən kənarlaşdırıldı

Efirlərdən bu iki artistin iştirakı ilə bütün reklam çarxları çıxarılıb

Özbəkistanda iyulun 12-də özəl Zor televiziyası müğənni Cahonqir Poziljonovu və aktrisa Xalima İbrahimovanı efirdən kənarlaşdırıb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, hər iki artist telekanalda əyləncəli şouda aparıcı olub.

Telekanalın əməkdaşının sözlərinə görə, bundan başqa, müğənnilər Rayxon Qəniyeva və Ziyada Kobilovanın mahnıları da efirdən çıxarılıb.​

Şou-biznes dünyasına yaxın olan həmsöhbətlərdən bəziləri bildiriblər ki, sosial şəbəkələrdə Özbəkisatnın ilk prezidentinin böyük qızı Gülnarə Kərimovaya sevgisini bildirdikdən sonra televiziya proqramlarının aparıcıları efirdən uzaqlaşdırılıb.

Özbəkistanda artistlərin fəaliyyətinə nəzarət edən "Özbəkistan konserti" Dövlət Birliyinin nümayəndəsi bildirib ki, bu ölçü müvəqqəti ola bilər.

Zor TV telekanalının əyləncəli proqramlarından birinin əməkdaşı bildirib ki, rəhbərlik Cahonqir Poziljonovu və yumor ustası Xalima İbrahimovanı televiziya verilişlərindən kənarlaşdırmaq üçün "şifahi əmr" verib.

Efirlərdən bu iki artistin iştirakı ilə bütün reklam çarxları çıxarılıb.

Zor telekanalının tamaşaçıları Cahongir Poziljonovun iyulun 10-da yayımlanan "Xontaxta" verilişinin son buraxılışında görünməməsinin şahidi olublar.

Telekanalın əməkdaşının sözlərinə görə, Daşkəndin müxtəlif nöqtələrində Cahonqir Poziljonovun təsviri olan bütün kommersiya reklam lövhələri də yığışdırılıb: "Şəhərdə Cahonqir Poziljonovun reklamı olan şəkillərin hamısı başqa bannerlərlə əvəz edilib".

Həmsöhbət əlavə edib ki, müğənnilər Rayxon Qəniyeva və Ziyada Kobilovanın mahnıları da efirdən çıxarılıb. Bu qərarın səbəbi isə "Özbəkkonsert"in məmurunun bu artistlərin qurum tərəfindən "qeyri-rəsmi qadağa" altına düşdüyünü bəyan etməsi olub.

Xatırladaq ki, iyunun 24-25-də özbək şou-biznesinin sosial şəbəkələrdəki bəzi görkəmli nümayəndələri çellenc təşkil edib.

Həmsöhbətlərin sözlərinə görə, bu aksiya "Özbəkkontsert" və ZoR TV telekanalının rəhbərlərinin qəzəbinə səbəb olub.

"Özbəkistan konserti"nin nümayəndəsi belə bir fikirdədir ki, Gülnarə Kərimovaya sevgi göstərən artistlərə və müğənnilərə qarşı sanksiyalar müvəqqəti xarakter daşıyır.

Babək Göyüş

AzNews.az