Türkiyə ilə bağlı əvvəlki rəhbərlik çox böyük səhvlər etdi Türkiyə ilə bağlı əvvəlki rəhbərlik çox böyük səhvlər etdi

Tramp senatorları Ağ Evə dəvət etdi - Türkiyə və S-400-ə görə

Türkiyə ilə bağlı əvvəlki rəhbərlik çox böyük səhvlər etdi

ABŞ prezidenti Donald Tramp Türkiyə və S-400 mövzusunu müzakirə etmək üçün Respublikaçı senatorları Ağ Evə dəvət edib.

AzNews.az xəbər verir ki, məlumatı "Washington Post" qəzeti yayıb.

İclasın təşkilində iştirak edən 2 səlahiyyətliyə istinadən verilən xəbərə görə, görüş çərşənbə axşamı, yerli saatla 16:00-da baş tutacaq.

Xəbərdə iclasın dəvətnaməsində "Prezident Donald Tramp adına... Türkiyə haqqında" ifadəsinin yazılı olduğu bildirilib.

D. Tramp Türkiyə mövzusunda verdiyi son açıqlamada Barak Obama rəhbərliyinin Türkiyə ilə bağlı səhvlərini vurğulayıb: "Bir çox tərəfdən çətin vəziyyətdir. Türkiyə ilə bağlı əvvəlki rəhbərlik çox böyük səhvlər etdi və bu, çox pisdir. Bu səbəbdən indi sanksiyalar barədə nə edəcəyimizə baxırıq. Hələlik qərarımızı açıqlamadıq".

Pərvanə

AzNews.az