"Rusiyaya məxsus təyyarə Cənubi Koreyanın hava məkanını pozub" "Rusiyaya məxsus təyyarə Cənubi Koreyanın hava məkanını pozub"

Yaponiya Cənubi Koreyaya və Rusiyaya etirazını bildirdi

"Rusiyaya məxsus təyyarə Cənubi Koreyanın hava məkanını pozub"

Yaponiya Cənubi Koreyaya və Rusiyaya hərbi təyyarə ilə bağlı hadisəyə görə etirazını bildirib.

Kyodo agentliyi bildirir ki, iyulun 23-də Cənubi Koreya qırıcısı Rusiya hərbi təyyarəsinə Yapon dənizində Yaponiyanın da iddia etdiyi Cənubi Koreyaya məxsus hava məkanını pozduğuna görə xəbərdarlıq atəşi açıb.

Yaponiyada Takeşima, Cənubi Koreyada isə Tokto adaları adlanan bu mübahisəli adalar materikdən 200 kilometr məsafədə yerləşir. 1954-cü ildə Cənubi Koreya burada təhlükəsizlik xidmətinin əməkdaşlarını yerləşdirərək həmin adaları tam nəzarətə götürüb.

Qəraragah rəislərinin birləşmiş komitəsinin bildirdiyinə görə, əvvəlcə Rusiyaya məxsus təyyarə Cənubi Koreyanın hava məkanını pozub.

Eyni zamanda, JCS-nin yaydığı məlumata görə, iyulun 23-də Çin hərbi təyyarələri də Cənubi Koreyanın hava-hücumundan müdafiə zonasına daxil olub.

Yonhap agentliyinin Cənubi Koreya hərbi mənbələrinə istinadla yaydığı məlumata görə isə, Rusiya və Çin təyyarələrinin uçuşları iki ölkə arasında mümkün təlimlər əsasında baş verib.

Yaponiya bu adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab edir. Lakin bu adalar Cənubi Koreyanın nəzarətində olduğuna görə, Yaponiya burada öz hava hücumundan müdafiə zonasını yaratmayıb.

Bununla yanaşı, Yaponiya hökumətindəki mənbələr Rusiya və Çin təyyarələrinin uçuşları ilə bağlı yapon hərbi-hava qüvvələrinin öz qırıcılarını səmaya qaldırdığını da bildirir.(AZƏRTAC)

AzNews.az