Onlar Tripoli şəhərindəki dəniz bazasına yerləşdiriliblər Onlar Tripoli şəhərindəki dəniz bazasına yerləşdiriliblər

Liviya sahillərində 260-dan çox miqrant xilas edildi

Onlar Tripoli şəhərindəki dəniz bazasına yerləşdiriliblər

Liviyanın Sahil Mühafizə Xidməti ölkənin Aralıq dənizi sahillərində 269 miqrantın xilas edildiyi barədə məlumat yayıb.

RİA Novosti agentliyinə istinadla xəbər verir ki, xilas edilən miqrantlar müxtəlif Afrika ölkələrinin vətəndaşlarıdır. Onlar paytaxt Tripolidən 60 mil şimal-şərqdə xilas edilib və şəhərdəki dəniz bazasına yerləşdiriliblər.

Miqrantlar qeyri-leqal yolla Avropaya keçmək istəyirmişlər. Azərtac)