Məhkəməyə şəkillər təqdim edilib Məhkəməyə şəkillər təqdim edilib

Britaniya şahzadəsinin adı seks qalmaqalında hallandı – Yeniyetmələrlə əlaqədə olub

Məhkəməyə şəkillər təqdim edilib

Böyük Britaniya Kraliçası II Yelizavetanın oğlu, 59 yaşlı şahzadə Endryu geniş miqyaslı cinsi qalmaqalın mərkəzində ola bilər.

AzNews.az İngiltərə mətbuatının məlumatına istinadən bildirir ki, onun adı milyarder və Donald Trampın dostu Ceffri Epşteynin barəsində insanların cinsi köləliyə satılması ilə bağlı açılan cinayət işinin materiallarında çəkilir.

Xatırladaq ki, ötən şənbə günü Epşteyn həbsxana kamerasında ölü tapılıb. Rəsmi versiyaya görə, o intihar edib.

Lakin onun ölümü işin gedişini izləyənlərdə bir çox suallar doğurub. Belə ki, milyarderin iyul ayında intihara cəhdindən sonra, onun üzərində əlavə nəzarətin təyin edilməməsi və kamera yoldaşının Epşteynin ölümündən cəmi bir neçə saat əvvəl başqa bir yerə köçürülməyinin səbəbi məlum deyil. Bundan başqa, bəziləri əmindirlər ki, milyarder onun işi ilə bağlı bir çox nüfuzlu insanların adının ortaya çıxmasının qarşısının alınması məqsədilə “aradan qaldırılıb”.

Məhkəmə sənədlərinə görə, şahzadə Endryunu cinsi təcavüzdə miss Ciffr və Jeoanna Şoberq adlı iki qız ittiham edib. Bununla yanaşı, 2015-ci ildə II Yelizavetanın oğlu artıq eyni ittihamlarla üzləşib. Virciniya Roberts adlı qadın 1999-2002-ci illərdə şahzadə ilə üç dəfə seksual əlaqəyə girdiyini bəyan edib. Onun sözlərinə görə, Ceffri Epşteyn onu hələ yetkinlik yaşına çatmayanda zəngin və nüfuzlu kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib. Endryu ilə görüşlər London və Nyu-York hotellərində, eləcə də Epşteynə məxsus özəl adada baş tutub. Sübutlardan biri isə 17 yaşlı Virciniyanın şahzadə ilə birgə şəkli olub. Miss Ciffr və Şoberq də Britaniya kral ailəsinin üzvü ilə əlaqələdə olduqlarını bildirdikdən sonra, sübut kimi məhkəməyə birgə şəkillərini təqdim ediblər.

AzNews.az

image description