Bütövlükdə aksiya dinc tərzdə və mütəşəkkil keçir Bütövlükdə aksiya dinc tərzdə və mütəşəkkil keçir

Honq Konqda müəllimlər də küçələrə çıxdı

Bütövlükdə aksiya dinc tərzdə və mütəşəkkil keçir

Artıq on həftədir kütləvi etirazlara səhnə olan Honq Konqda gənclərə dəstək məqsədilə minlərlə müəllimin iştirak etdiyi etiraz aksiyası keçirilir.

Əynində qara örtük olan minlərlə (təşkilatçıların məlumatına görə 22 minədək, hakimiyyətə görə 8300-dək) müəllim tufan və yağışlı havaya baxmayaraq şəhərin mərkəzi dairəsindəki meydanda toplaşaraq Şəhər Administrasiyasının rəhbəri Kerri Lemın evinə doğru polisin müşaiyətilə yürüşə başlayıblar. Əllərində “Sonrakı nəsilləri qoruyun!”, “Övladlarımıza güllə atmayın!” şüarları olan aksiya iştirakçıları əvvəlki nümayişlərdə çoxluq təşkil edən tələbələrlə həmrəylik bildirərək polis zorakılığına qarşı da etirazlarını ifadə ediblər.

İqamətgahın qarşısına çatan nümayişçilər əllərindəki şüarları qaldırıblar. Binaya giriş polisin nəzarətindədir. Nümayişçilər burada vərəqə qoyaraq ağ lentlər bağladıqdan sonra çıxıb gedirlər. Bütövlükdə aksiya dinc tərzdə və mütəşəkkil keçir.(report.az)

AzNews.az