Ukraynada soyğunçuluqla məşğul olan üç Gürcüstan vətəndaşı Borispol hava limanına gedərkən saxlanılıb Ukraynada soyğunçuluqla məşğul olan üç Gürcüstan vətəndaşı Borispol hava limanına gedərkən saxlanılıb

Ukraynada soyğunçuluqla məşğul olan keçmiş gürcü polislər saxlanılıb

Ukraynada soyğunçuluqla məşğul olan üç Gürcüstan vətəndaşı Borispol hava limanına gedərkən saxlanılıb

Bu barədə Ukrayna mətbuatı məlumat paylaşıb.

Bildirilib ki, 33, 41 və 43 yaşlarında olan şübhəlilər bir sahibkara, onun həyat yoldaşına hücum edərək külli miqdarda pul, qızıl zinət əşyaları və "Lexus" markalı avtomobilini oğurlayıblar. Şübhəli şəxslərdən yoxlanış zamanı odlu silahlar aşkarlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi saxlanılan üç nəfərdən ikisinin keçmiş polis əməkdaşı olduğunu təsdiqləyib. Bildirilib ki, həmin şəxslər 2012-ci ildə Gürcüstanda hökümət dəyişikliyindən sonra ölkəni tərk ediblər. (APA)