Liseydə 700 şagird təhsil alır Liseydə 700 şagird təhsil alır

Əfqanıstanda qızlar liseyi atəşə tutuldu

Liseydə 700 şagird təhsil alır

Əfqanıstanın paytaxtı Kabilin Şəkərdərə bölgəsində qızlar liseyi atəşə tutulub.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nasrat Rahimi hadisənin “Taliban” qruplaşması tərəfindən törədildiyini bildirib. O, hadisədən sonra liseyin yararsız vəziyyətə düşdüyünü qeyd edib. Təhsil Nazirliyinin nümayəndəsi Nuriyə Nuzhət liseydə 700 şagirdin təhsil aldığını, hazırda dərslərin dayandırıldığını deyib.

“Taliban” tərəfindən verilən açıqlamada liseyin onlar tərəfindən atəşə tutulmadığı iddia edilib.(AZƏRTAC)

AzNews.az