"Avropada belə şirkətlər yoxdur" "Avropada belə şirkətlər yoxdur"

Aİ “Google”, “Apple” və “Alibaba” ilə mübarizəyə başladı – 100 mlrd ayrılır

"Avropada belə şirkətlər yoxdur"

Avropa İttifaqı birliyin qlobal rəqiblərindən geridə qalan strateji sahələrinə vəsait yatırmaq üçün 100 milyard avroluq Avropa Fondu yaratmağı planlaşdırır.

AzNew.az bildirir ki, bu barədə cümə günü Britaniyanın "Financial Times" qəzeti xəbər verir.

planlarına əsasən, Avropa gələcək Fondu (European Future Fund) “Google” , “Apple”, eləcə də “Alibaba” kimi korporasiyalarla rəqabət apara bilən aparıcı sənaye qrupları və şirkətlərinə investisiya etmək üçün üzv-ölkələr tərəfindən maliyyələşəcək.

Layihənin müəllifləri qeyd edirlər ki, Aİ-nin hüdudlarından kənarda olan şirkətlər "görünməmiş maliyyə vəsaitlərinə malikdirlər ki, bu da Aİ-nin innovasiya dinamikasına və müəyyən sektorlarda birliyin sənaye durumuna sarsıdıcı zərbə vura bilər". Söhbət, ilk növbədə, okenanın o tayının “Google”, “Apple”, “Facebook” və “Amazon” kimi texnoloji nəhəngləri, eləcə də qlobal rəqəmsal sənayedə şərtləri diktə edən Çinin “Baidu”, “Alibaba” və “Tencent”dən gedir.

"Avropada belə şirkətlər yoxdur", - deyə Aİ-nin sənədlərində bildirilir, - Bu, iqtisadi artım, iş yerləri və Avropanın əsas strateji sektorlarda təsiri üçün risk yaradır".

AzNew.az