Yağışlar və daşqınlar bütün ölkəni bürüyüb Yağışlar və daşqınlar bütün ölkəni bürüyüb

Sudanda yağışlar və daşqınlar səbəbindən azı 60 nəfər ölüb

Yağışlar və daşqınlar bütün ölkəni bürüyüb

Sudanda iyulun əvvəlindən başlayan güclü yağışlar və daşqınlar nəticəsində azı 60 nəfər ölüb, 101 nəfər xəsarət alıb.

Bu barədə “Sinhua” agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb.

“Yağışlar və daşqınlar bütün ölkəni bürüyüb”, - ölkənin səhiyyə nazirinin müavini Süleyman Adbud-Cabbar belə deyib.

Bildirilir ki, yağıntılardan ən çox Ağ Nil əyaləti ziyan görüb. Ən çox ölüm halları evlərin və tikililərin dağılması, eləcə də elektrik cərəyanı vurması nəticəsində qeydə alınıb. (apa)

AzNews.az