Polşa bu layihəni daha aktiv dəstəkləyir Polşa bu layihəni daha aktiv dəstəkləyir

Ukrayna iki dənizi su yolu ilə birləşdirmək istəyir

Polşa bu layihəni daha aktiv dəstəkləyir

Ukrayna hökuməti Baltik və Qara dənizin su yolu ilə birləşdirilməsi üzrə layihəni reallaşdırmağı planlaşdırır.

Ukrinform agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Aleksey Qonçaruk Kiyev şəhərində keçirilən “Yalta Avropa Strategiyası” forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, qırx su yolu var və layihənin reallaşdırılması üçün Polşa və Belarus ilə razılığa gəlmək lazımdır.

Hazırda Baltik və Qara dənizi birləşdirəcək su yolunun çəkilməsi məsələsi Belarus, Ukrayna və Polşanın mütəxəssislər və siyasi dairələrində müzakirə edilir. Polşa bu layihəni daha aktiv dəstəkləyir, çünki əsas tikinti işləri onun ərazisində aparılacaq. Mütəxəssislərin fikrincə, üç ölkənin ərazisindən keçəcək kanalların vahid sisteminin uzunluğu 2 min kilometrdən çox olacaq.(AZƏRTAC)

AzNews.az