Hadisə Popayan şəhərində baş verib Hadisə Popayan şəhərində baş verib

Kolumbiyada təyyarə qəzaya uğradı - ölənlər var

Hadisə Popayan şəhərində baş verib

Kolumbiyanın qərbində təyyarə qəzaya uğrayıb.

"El Tiempo" qəzetinə istinadən verilən məlumata görə, hadisə Popayan şəhərində (Kauka departamentinin paytaxtı) baş verib.

Məlumata əsasən, Lopes-de-Mikay bələdiyyəsi istiqamətində uçan ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Bildirilir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Təyyarənin qəzaya uğramasının səbəbi məlum deyil. (Trend)