Avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb Avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb

Əfqanıstanda güclü partlayış - 7 ölü, 85 yaralı var

Avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb

Əfqanıstanın Zabul əyalətində güclü partlayış baş verib.

"TOLOnews" telekanalına istinadən verilən məlumata görə, partlayış nəticəsində azı 7 nəfər həlak olub, 85 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Təşkilatının binası yaxınlığında avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb.

Partlayıcı qurğunun kimin tərəfindən yerləşdirildiyi barədə məlumat verilmir. (Trend)