“Nissan Motor”a yeni baş direktor seçildi

Hiroto Saikava vəzifəsindən sentyabrın 16-da istefa verib

“Nissan Motor” şirkətinin Direktorlar Şurası növbədənkənar iclasda yeni baş direktor vəzifəsinə əvvəllər avtomobil istehsalçısının Çin bölməsinə rəhbərlik edən Makoto Utidanı təyin edib.

AzNews.az bildirir ki, “The Wall Street Journal”ın mənbələrə görə, Utida “Nissan Motor”un ən mühüm xarici bazarlarından birinə rəhbərlikdə geniş təcrübəyə malik olduğu üçün seçilib.

“Nissan Motor”un daha öncəki baş direktoru Hiroto Saikava vəzifəsindən sentyabrın 16-da istefa verib. Onun istefasına səbəbd axili araşdırmaların aparılması olmuşdu. Belə ki, araşdırmalar nəticəsində Saikava və şirkətin daha bir neçə top-menecerinin şişirdilmiş ödənişlər aldığı məluma olmuşdu.

AzNews.az