İclasın gündəliyinə siyasi sahədə əməkdaşlıq və beynəlxalq münasibətlərlə bağlı məsələlər daxil edilib İclasın gündəliyinə siyasi sahədə əməkdaşlıq və beynəlxalq münasibətlərlə bağlı məsələlər daxil edilib

MDB-nin xarici işlər nazirləri Aşqabadda bir araya gəldi

İclasın gündəliyinə siyasi sahədə əməkdaşlıq və beynəlxalq münasibətlərlə bağlı məsələlər daxil edilib

Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının növbəti iclası keçirilir.

“Orient” portalına istinadən verilən xəbərə görə, Türkmənistanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB formatında siyasi sahədə əməkdaşlıq və beynəlxalq münasibətlərlə bağlı məsələlər daxil edilib.

Bundan başqa, iclasda beynəlxalq sülh və təhlükəsizlik, regional stabilliyin dəstəklənməsi, beynəlxalq terrorizm, narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qanunsuz miqrasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyi kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, MDB xarici işlər nazirləri Şurasının iclasında Azərbaycanı Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir. (APA)