Gəmidə 12 nəfər olub Gəmidə 12 nəfər olub

Yaponiyada tayfuna görə Panama gəmisi batıb

Gəmidə 12 nəfər olub

Tokio körfəzində “Haqibis” qasırğasına görə lövbərdə dayanan Panama yük gəmisi batıb.

Bu barədə “Kiodo” agentliyi Yaponiya sahil mühafizəsinə istinadən məlumat yayıb.

Gəmidə yeddi Çin, üç Myanma və iki Vyetnam vətəndaşının olduğu qeyd edilib.

Məlumata görə, gəmi 12 oktyabr şənbə axşamı tayfun Yaponiyaya çatan zaman batıb. (report)

AzNews.az