Bir çoxu bu ideyanı dəstəkləmədilər Bir çoxu bu ideyanı dəstəkləmədilər

Braziliya prezidentinin oğlundan gözlənilməz qərar - səfir vəzifəsindən imtina etdi

Bir çoxu bu ideyanı dəstəkləmədilər

Braziliya prezidenti Jair Bolsonarunun oğlu, deputat Eduard Bolsonaru namizədliyinin ABŞ-da səfir vəzifəsinə irəli sürülməsindən imtina edib.

TASS-a istinadən xəbər verilir ki, gənc siyasətçi bununla bağlı açıqlamanı Nümayəndələr palatasının plenar iclasının gedişatında verib.

"Mən bunun üzərində uzun müddət düşünürdüm, biz çoxları ilə məsləhətləşirdik. Həmçinin seçiciləri də xatırlamaq lazımdır. Etiraf edirəm, onların bir çoxu bu ideyanı dəstəkləmədilər", - deyə parlament üzvü öz qərarını izah edib.

Eduard Bolsonaru qeyd edib ki, Braziliyada onu ən azı, amma ola bilər, daha əhəmiyyətli rol gözləyir.

Dövlət başçısının oğlu bazar ertəsi ölkə parlamentinin aşağı palatasında Sosial Liberal Partiyasının fraksiyasının başçısı kimi təsdiq edilib. (Report)

AzNews.az