"Sadəcə öz işlərimlə maraqlansaydım, sərvət toplayardım" "Sadəcə öz işlərimlə maraqlansaydım, sərvət toplayardım"

Tramp: "Vəzifəmə görə 5 milyard dollar itirmişəm"

"Sadəcə öz işlərimlə maraqlansaydım, sərvət toplayardım"

ABŞ prezidenti Donald Trump vəzifəsinə görə işindən ayrılmalı olduğuna işarə edərək, 2-5 milyard dollar sərvət itirdiyini iddia edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Nümayəndələr Palatasında rəqib Demokrat Partiyasının başlatdığı işdən çıxarma prosesi davam edərkən Tramp Ağ Evdə topladığı kabinet üzvlərindən birliyi təmin etməyə çağırdı. Demokrat Partiyasının 2020 seçkilərindən əvvəl onlara zərər vermək istədiyini söyləyən Tramp Respublikaçılar Partiyasını daha güclü bir mübarizəyə çağırıb.

Xatırladaq ki, Demokratlar Ağ Ev sahibinə qarşı impiçment tələb etmişdi. Buna səbəb Trampın rəqibi Co Baydenin oğlu barədə istintaq başlatmaq üçün ukraynalı həmkarına təzyiq göstərməsidir.

Tramp prezidentliyə görə 5 milyard dollar itirdiyini iddia edib. Əmlak kralı olan Tramp öz açıqlamasında “Sadəcə öz işlərimlə maraqlansaydım, sərvət toplayardım. İşlərim yaxşı gedirdi . Ən yaxşı əmlaklar məndədir” deyib.

Səidə Vahid

AzNews.az