“Əli qanlılardan hədiyyə qəbul etmirik" “Əli qanlılardan hədiyyə qəbul etmirik"

Diplomatdan Türkiyəyə qarşı kobud hərəkət - VİDEO

“Əli qanlılardan hədiyyə qəbul etmirik"

Avropa Parlamentinin plenar sessiyasında İtalya Lig Partiyasının üzvü olan millət vəkili Angelo Çiokka Türkiyəyə qarşı kobud rəftar edib.

AzNews.az xəbər verir ki, italiyalı diplomat Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış Pınarı" hərəkatı barədə danışıb.

O, hərəkatın Suriya vətəndaşlarına qarşı olduğunu və türklərin dinc əhali üzərinə bomba yağdırdığını iddia edib.

Millət vəkili edilən xəbərdarlıqlara məhəl qoymadan türk parlamentarilərin payladığı şokoladı tullayıb və deyib:

“Əli qanlılardan, terroru dəstəkləyənlərdən hədiyyə qəbul etmirik”.

Xatırladaq ki, A.Çiokka Strasburqda keçirilən mətbuat konfransı zamanı Avropa İttifaqının İtaliyanın 2019-cu il üçün nəzərdə tutulan büdcə planını rədd etməsinə də reaksiya vermişdi.

O, Komissiyasının iqtisadi və maliyyə işlərindən məsul komissarı Piyer Moscovicin masasına yaxınlaşaraq ayaqqabısını çıxarmışdı. Daha sonra ayaqqabısı ilə qeydlər olan kağızı əzmişdi.

Pərvanə

AzNews.az