Fondun pullarını qanunsuz xərcləyib Fondun pullarını qanunsuz xərcləyib

Tramp 2 mln dollarlıq cərimələndi

Fondun pullarını qanunsuz xərcləyib

ABŞ prezidenti Donald Trampa qarşı 2016-cı ildə prezident kampaniyası zamanı “Trump Foundation” xeyriyyə fondunun vəsaitini “qanunsuz istifadə” səbəbi ilə 2 milyon dollar cərimə tətbiq edilib.

AzNews.az-ın məlumatına əsasən, Nyu-York ştatının Ali Məhkəməsi 2018-ci ildə ştatın Baş prokuroru vəzifəsini tutmuş Barbara Andervud tərəfindən həmin ilin iyun ayında verilmiş iddia ərizəsi üzrə cərimənin çıxarılması barədə qərar qəbul edib. Nyu-Yorkun hazırkı Baş prokuroru Letisiya Ceyms qəbul olunmuş qərarı noyabrın 7-də elan edib. Müvafiq rəsmi bəyanat Baş Prokurorluğun saytında dərc olunub.

“Nyu-York Ali Məhkəməsi Donald Trampın 2016-cı il prezident seçki kampaniyasına müdaxilə etmək və öz siyasi maraqlarını təşviq etmək üçün xeyriyyə aktivlərindən qanunsuz istifadə etdiyinə görə 2 milyon dollar məbləğində kompensasiya ödəməklə bağlı qərar qəbul edib”, - bəyanatda bildirilir.

İddia ərizəsi “Trump Foundation” Xeyriyyə Fondunun rəhbərliyinə qarşı verilib ki, bunların da arasında Donald Tramp, Donald Trump oğul, İvanka Tramp və Erik Trampın adı var.

Hakim Sallien Skarpulla “Trump Foundation”ın vəsaitindən ümumilikdə Trampın seçki kampaniyasına 2,8 milyon dollar xərcləndiyini bildirib.

Xatırladaq ki, bu iddia 2018-ci ildə irəli sürüldükdən qısa müddət sonra Tramp fondu bağlamağa razılıq verib, hakim Sallienn Skarpulla bu qərarı 2018-ci ilin dekabr ayında təsdiq edib.

AzNews.az