Əş-Şamari Stokholmun şəhərətrafı qəsəbələrindən birində qeydiyyatdadır Əş-Şamari Stokholmun şəhərətrafı qəsəbələrindən birində qeydiyyatdadır

İraqın müdafiə nazirində gizli vətəndaşlıq aşkarlandı

Əş-Şamari Stokholmun şəhərətrafı qəsəbələrindən birində qeydiyyatdadır

İraqın müdafiə naziri Nəcah əş-Şamari İsveçin vətəndaşıdır, halbuki İraq Konstitusiyasına əsasən, yüksək vəzifə tutan şəxslərə ikili vətəndaşlığa malik olmağa icazə verilmir.

Bu barədə SVT telekanalı İsveçin müdafiə naziri Toni Eriksonun mətbuat katibinə istinadən xəbər verir.

Bildirilir ki, əş-Şamari Stokholmun şəhərətrafı qəsəbələrindən birində qeydiyyatdadır.

İraqın müdafiə naziri vəzifəsinə 2019-cu ilin iyununda təyin edilmiş Nəcah əş-Şamari İsveçdə başqa adla qeydiyyata alınıb. Vergi İdarəsinin məlumatına görə, o, 2009-cu ildə yaşayış icazəsi almaq üçün ərizə verib və 2015-ci ildə İsveç pasportunu alıb. Jurnalistlər nazirin qeydiyyatdan keçdiyi evə gediblər və sakinlərlə ünsiyyətdə olublar. Onlardan biri İraqın müdafiə nazirinin şəklini görən zaman onun həmin evdə yaşadığını bildirib.

2006-cı ildən iraqlılara ikili vətəndaşlıq almağa icazə verilir. Lakin konstitusiyaya əsasən, bu, yüksək vəzifə tutan şəxslərə, məsələn, müdafiə nazirinə şamil edilmir.

“Nyheter Idag” internet nəşrinin verdiyi məlumata görə, əş-Şamari və həyat yoldaşı özlərinə və övladlarına görə 9,4 min kron (1 min dollar) məbləğində müavinət alırlar.