ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr aparılır ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr aparılır

Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna etməyib

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr aparılır

Pentaqon rəhbəri Mark Esper, ehtiyac yarandığı təqdirdə Suriyaya əlavə qoşun göndərilməsini istisna etməyib.

RİA “Novosti” xəbər verir ki, Kaliforniyadakı təhlükəsizlik forumunda Esperdən “ABŞ Suriyada kifayət qədər gücə sahibdirmı” sualı ünvanlanıb.

“Düşünürəm ki, bəli. Yoxdursa, əlavə qüvvələr göndərəcəyik”deyə, Pentaqon rəhbəri sualı cavablandırıb.

Esper tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr apardığını da diqqətə çatdırıb. (report)

AzNews.az