26 yaşlı gözəl CAR nümayəndəsidir 26 yaşlı gözəl CAR nümayəndəsidir

Kainat gözəli seçildi - FOTO/VİDEO

26 yaşlı gözəl CAR nümayəndəsidir

“Miss Kainat-2019” beynəlxalq gözəllik müsabiqəsinin qalibi müəyyənləşib.

AzNews.az-ın yarışmanın saytına istinadən verdiyi məlumata əsasən, Cənubi Afrika Respublikasının təmsilçisi Zozibini Tuntsi bütün rəqiblərini üstələyərək, “kainat gözəli” tituluna layiq görülüb.

Qeyd edilir ki, 26 yaşlı Tuntsi qadın üzərində zorakılığa qarşı mübarizədə aktiv iştirak edir və gender stereotiplərinə qarşı çıxış edir.

İkinci yeri Puerto-Riko gözəli Medison Anderson, üçüncü yeri isə Meksika nümayəndəsi Sofiya Araqon tutub.

AzNews.az

image description image description image description