Onların həyatı üçün təhlükə yoxdur Onların həyatı üçün təhlükə yoxdur

Hərbi bazaya silahlı hücum zamanı 5 gürcü əsgər yaralandı

Onların həyatı üçün təhlükə yoxdur

Əfqanıstandakı Bahram hərbi bazasına edilən silahlı hücum zamanı Gürcüstanın 5 hərbi qulluqçusu yaralanıb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, terror hücumu zamanı 12-ci taborda xidmət aparan Qoça Muradaşvili, Soso Kvinikadze, Roman Qiunaşvili, David Baxurauli və İlya Takadze xəsarət alıblar. Onların həyatı üçün təhlükə yoxdur. Gürcü hərbçilər öz xahişləri ilə sülhməramlı qüvvələrin tərkibində antiterror əməliyyatlarında xidmətlərini davam etdirirlər.

Müdafiə Nazirliyinin İdarəetmə Mərkəzi fövqəladə vəziyyət rejimində çalışır. Müdafiə naziri İrakli Qaribaşvili və silahlı qüvvələrin komandanı, general-leytenant Vladimir Çaçibaya vəziyyəti nəzarətdə saxlayırlar.

Gürcüstanın hərbçilərinin olduğu 12-ci tabor bu ilin noyabrından Bahram hərbi bazasında “Qətiyyətli dəstək” missiyasını yerinə yetirir.(AZƏRTAC)

AzNews.az

image description