Marqvelaşvili siyasətə dönür Marqvelaşvili siyasətə dönür

“Mənim üçün ən dəyərli şey müxalifətin birliyidir” – Eks-prezident

Marqvelaşvili siyasətə dönür

“Siyasi fəaliyyətim müxalifətə qarşı yönəlməyəcək və müxalifətin birliyini qorumağa çalışacağam”.

AzNews.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili öz müsahibəsində deyib. “Siyasətə dönməyə hazıram. Bu gün mənim üçün ən dəyərli şey müxalifətin birliyidir. Mənim siyasi səylərim birliyin dəstəklənməsi və güclənməsinə yönəlib. Yerdə qalanlar yalnız detallardır”.

Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ildən 2018-ci ilə qədər Gürcüstanın prezidenti olub. O, Gürcü Arzusu Partiyasından prezident seçilsə də, sonradan partiyanın lideri Bidzina İvanişvili ilə münasibətləri pisləşib.

Ləman Hüseynzadə