Son zamanlar Çində epidemioloji vəziyyət normallaşıb Son zamanlar Çində epidemioloji vəziyyət normallaşıb

Çində koronavirusa yoluxanların yarısı sağalıb

Son zamanlar Çində epidemioloji vəziyyət normallaşıb

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların 46 faizi sağalıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, məlumatı Çin Dövlət Səhiyyə Komissiyası yayıb.

Məlumatda Çində 78 824 nəfər koronavirusa yoluxduğu, onlardan 36 117 nəfərinjn müalicə olunduğu deyilir. Bildirilir ki, bu, xəstələrin ümumi sayının 45,8 faizini təşkil edir.

Qeyd olunub ki, hazırda xəstəxanalarda daha 39 919 nəfər müalicə alır.

Epidemiya başlayandan Hubey əyaləti istisna olmaqla, 12 910 yoluxma hadisəsi qeydə alınıb. Nəticədə 106 nəfər ölüb.

Ümumiyyətlə son zamanlar Çində epidemioloji vəziyyət normallaşıb. Belə ki, son sutkada ölkə üzrə 327 yeni yoluxma hadisəsi qeydə alınıb.

Hubey əyalətinin hüdudlarından kənarda isə yalnız doqquz ölüm halı qeydə alınıb. İlk dəfə olaraq gün ərzində xəstəxanadan çıxarılan xəstələrin sayı 3 000 həddini ötüb.