Bunu Ermənistanın səhiyyə naziri məbuat konfransında bildirib Bunu Ermənistanın səhiyyə naziri məbuat konfransında bildirib

Ermənistanda şagirdlər koronavirusa yoluxub

Bunu Ermənistanın səhiyyə naziri məbuat konfransında bildirib

Ermənistanda məktəbli uşaqlarda koronavirus aşkarlanıb.

AzNews.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 26-da keçirdiyi məbuat konfransında bildirib.

“Məktəblilərə koronavirus diaqnozu qoyulub. Onların sayını indi xatırlamıram”, - nazir vurğulayıb.

Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb.