"Facebook" istifadəçiləri izləyəcək

Yeni koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində

Eyni adlı sosial şəbəkəyə sahib olan ABŞ-ın Facebook şirkəti yeni koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində istifadəçilərin hərəkəti haqqında məlumat toplayacaq.

Məlumata görə, müvafiq açıqlama şirkətin saytında yayımlanıb.

Sənədə əsasən, şirkətin mütəxəssisləri bu həftədən başlayaraq ABŞ-da istifadəçilərin olduğu yeri haqqında məlumat toplayacaq və federal və yerli hakimiyyət orqanlarına təqdim edəcəklər. Məlumat anonim olacaq və yalnız statistik göstəricilərin tərtibi, habelə infeksiyanın yayılmasına qarşı mübarizə metodları üçün istifadə ediləcək.

"Facebook" rəhbərliyinin fikrincə, belə bir məlumatlar əldə etməklə, hakimiyyətin əhalinin sosial məsafəni qorumaqla bağlı tələblərinin yerinə yetirilməsini izləməsi daha asan olacaq. (Trend)

AzNews.az