Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb

Dünyada bir gündə 90 mindən çox insan virusa yoluxdu

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb

Dünyada koronavirusa yoluxma hallarının sayı 3,2 milyonu ötüb.

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, hazırda dünyada 3 267 184 COVID-19 xəstəsi var.

Son məlumata görə, dünyada bir gün ərzində koronavirusa 91,9 min yeni yoluxma və 5 799 ölüm qeydə alınıb. Ayrı-ayrı ölkələrdə ümumilikdə 229 971 insan pandemiyanın qurbanı olub.

Virusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə COVID-19-a 1 492 024 insan yoluxub. Onlardan 140,5 mindən çoxu ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.