Bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb Bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb

Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb

Bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb

Ötən gün Pakistanda baş verən təyyarə qəzasında göyərtədə olan 99 nəfərdən 97-si ölüb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.

Dəqiqləşdirilən məlumata görə, qəza nəticəsində yalnız 2 sərnişin sağ qalıb. Onların vəziyyəti stabildir. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.

Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub.