Onların arasında məşhur aktivist Tam Takçi də var Onların arasında məşhur aktivist Tam Takçi də var

Honkonq polisi 120 etirazçını saxladı

Onların arasında məşhur aktivist Tam Takçi də var

Honkonqda Çin Xalq Respublikasının xüsusi inzibati ərazisində Pekin administrasiyasının “Milli təhlükəsizliyin təminatı haqqında” qanun layihəsinə qarşı etirazlar başlayıb.

Bu barədə AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qara geyimli yüzlərlə nümayişçi “Kozvey-bey” ticarət rayonunda toplaşıblar. Aksiya iştirakçıları açıq şəkildə hökumət əleyhinə "Honkonqu xilas edin!" və "Honkonqun yanında olun!" - şüarlarını səsləndiriblər.

Polis onlara yürüş təşkil etməyə icazə verməyərək etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Güc strukturunun əməkdaşları 120 aksiyaçını saxlayıblar. Onların arasında məşhur aktivist Tam Takçi də var.

Region hakimiyyəti 4 polis əməkdaşının kərpic zərbələrindən yaralanması haqqında bildirib.