Etirazçılar Corc Floydun ölümündə günahlandırılan polis Derek Çovinin həbs edilməsini tələb edirlər Etirazçılar Corc Floydun ölümündə günahlandırılan polis Derek Çovinin həbs edilməsini tələb edirlər

ABŞ-da etirazçılar polis məntəqəsini yandırdılar

Etirazçılar Corc Floydun ölümündə günahlandırılan polis Derek Çovinin həbs edilməsini tələb edirlər

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra şəhəri kütləvi iğtişaşlar bürüyüb.

AzNews.az “Fox News”a istinadən xəbər verir ki, vandalizm və yanğınlarla müşayiət olunan şiddətli nümayişlər artıq 3-cü gündür ki davam edir. Etirazçılar Corc Floydun ölümündə günahlandırılan polis Derek Çovinin həbs edilməsini tələb edirlər.

Qarşıdurmalar nəticəsində bir sıra obyekt və avtomobillərə ziyan dəyib. Nümayişlər zamanı etirazçılar polis bölməsinin binasını mühasirəyə aldıqdan sonra binaya girərək onu yandırıblar. Binada olan polis əməkdaşlarının yanğından bir az əvvəl helikopter vasitəsilə təxliyyə olunduğu bildirilib. Etirazlar zamanı şəhərdə polis məntəqəsi ilə yanaşı ticarət mərkəzləri, restoranlar, supermarketlər kimi bir sıra digər obyektlər də yandırılıb.

Qeyd edək ki, Minneapolis meri qaradərilinin öldürülməsinə görə vətəndaşlardan üzr istəyib. Hadisəyə görə 4 polis əməkdaşı vəzifəsindən azad edilib.